Sahibkarlıq subyektlərində hüquqi auditin aparılması
Hüquqi audit xidməti, sahibkarlıq subyektlərinin fəaliyyətində mövcud hüquqi risklərin müəyyən edilməsi və onların aradan qaldırılması məqsədilə həyata keçirilir. Bu xidmət çərçivəsində, müştərinin fəaliyyətinə dair hüquqi mühitin hərtərəfli təhlili aparılır, müqavilələr, əmək münasibətləri, vergi məsələləri, şirkətin daxili qaydaları və digər hüquqi sənədlər yoxlanılır.
Audit nəticəsində hazırlanan hesabatda, mövcud problemlərin həlli üçün təkliflər və tövsiyələr təqdim edilir.

