Bizsnes subyektlərinə daimi hüquqi konsultasiyaların verilməsi (Abunə xidməti)
Hüquqi abunə xidməti çərçivəsində biznes subyektlərinə gündəlik fəaliyyətləri ilə bağlı hüquqi məsələlər üzrə davamlı və operativ məsləhətlərin verilməsi təmin olunur. Xidmət çərçivəsində müqavilələrlə iş, əmək münasibətləri, vergi, korporativ idarəetmə və digər hüquqi məsələlər üzrə dəstək göstərilir. Məqsəd hüquqi risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, eləcə də müştərinin fəaliyyətinin qanunvericiliyə uyğun şəkildə təşkili və aparılmasının təmin olunmasıdır.
Xidmət müştərinin ehtiyaclarına uyğun olaraq aylıq sabit əsasda göstərilir və telefon, e-mail, onlayn platformalar və/lə yerində hüquqi dəstək formasında təqdim oluna bilər.
Abunə hüquqi xidməti – hüquqşünas ştatda saxlamadan peşəkar hüquqi dəstəyə daim çıxış imkanıdır.

