EGA Consulting Company
EGA Consulting CompanyEGA Consulting CompanyEGA Consulting Company
+994 10 410 01 02
Səməd Vurğun 58A, Bakı, Azərbaycan
EGA Consulting CompanyEGA Consulting CompanyEGA Consulting Company

Vergi ödəyicilərinə hesabların açılması

Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank əməliyyatları aparan şəxslərə müraciət etməlidirlər. Bank əməliyyatları aparan şəxslər dedikdə, bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatları və poçt rabitəsinin milli operatoru nəzərdə tutulur. Müraciətdən sonra bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır. Daha sonra açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərirlər.  Hesabın açılması zamanı qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmalıdır.

Açılmış hesabın qeydiyyata alınması prosesi daxil olmuş məlumat əsasında real vaxt rejimində vergi orqanı tərəfindən avtomatlaşdırılmış qaydada baş verir.  Bank əməliyyatları aparan şəxslərə bu barədə qeydiyyat bildirişi göndərilir. Bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qeydiyyat haqqında bildirişin daxil olduğu anadəqadağandır.

Leave A Comment